LADY SHARM BRENDİ

Loqotipin təsviri
aaa-292x300

 

 

 

 

 

 

 

 

 

 

 

 

Loqotip xüsusi şrift ilə yazılmış « LADY SHARM » ifadəsindən ibarətdir. Simvol isə loqotipinrəngində olan çevrədən, çevrənin perimetri üzərində, 110o bucaq altında çevrəni kəsənnöqtədən və « women’s fashion » ifadəsindən, çevrənin mərkəzində isə « LDY SRM » hərflərindən ibarətdir.

Forma > Loqotipin simvolunda çevrə – əhatəmizi (auditoriyamızı), nöqtə – əsas həfəd kütləsini əks etdirir. Digər bir tərəfdən çevrə – universal və ən mükəmməl həndəsi fiqur hesab olunur. Çevrənin başlanğıcı və sonu yoxdur… Çevrə bütünlük, davamlılıq, mükəmməllik rəmzidir. Bəşəriyyətin tanıdığı ilk simvol hesab olunur, Günəş və Ayın formasindan gələn çevrə dinamiklik, sonsuz hərəkət deməkdir. Bu simvol bizim şirkətin öz müştəriləri, əməkdaşları və tədarükçüləri ilə bir bütün təşkil etdiyini və bu əməkdaşlığın davamlı olacağını bildirir.

Rəng >  Qırmızı rəngin çaları olan «karmin» rəngi təbiətdə ən nadir və gözəl rəng çalarlarından biri hesab olunur. Təbii halda rubinin və Holland qızılgülünün rəngidir. Bu rəngin seçilməsi təsadüfi deyil, çünki, LADY SHARM hər zaman bir romantik sevgi simvolu – qızılgülü və qadınların sevimli daşalrından biri – rubini xatırladır… Həmçinin rənglərin psixologiyasında karmin rəng çaları – iddialılıq, ideyalara sadiqlik, ciddilik və ləyaqət simvoludur. Bu rəng həm də şirkətin sözündə hər zaman ciddi olduğunu, biznesdə isə iddialı, ləyaqətli və işgüzar olduğunu əks etdirir.

Brendin obrazı

 Özəl

 Hər zaman yanınızda

 Sizi gözəlləşdirən

 Qeydinizə qalan

 Güvənilir

 Xoşbəxt

 Sizi düşünən

 Dinamik

 İnnovativ

 Sərfəli

Brendin dəyərləri

 Keyfiyyətli məhsul

 Sərfəli məhsul

 Keyfiyyətli xidmət

 Dəqiqlik

 Peşəkarlıq

 Özəllik

 Şəffaflıq