HAQQIMIZDA

Şirkət haqqında

«LADY SHARM» şirkəti 1998 – ci ildən etibarən topdan geyim mağazası olaraq fəaliyyətə başlayıb. 2012 – ci ildən etibarən isə öz mağazalar şəbəkəsini yaratmağa başlamışdır. 2 mağaza ilə fəaliyyətə başlayan «LADY SHARM» şirkəti qısa bir zamanda inkişaf edərək artıq 2014 – cü ildə mağaza sayını 12 – yə çatdırmışdır.  Hal – hazırda 14 geyim mağazası ilə fəaliyyət göstərir. 2016– ci ilin sonunadək regionlardada mağazanın açılması planlaşdırılır. «LADY SHARM» şirkəti Türkiyə, İtaliya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq edir. Şirkətin 150 – yə yaxın əməkdaşı var. Şirkət daim öz alıcılarının istək və tələblərini öyrənir və artan temple infişaf edərək  hər zaman müştəriləri üçün yeni və arzuolunan qalmağı düşünür.

Missiya

Biz, cəmiyyətin bütün təbəqələrindən olan qadınlara gözəl geyinmək və gözəl gürünmək üçün keyfiyyətli və sərfəli qiymətə geyimlər və geyim aksesuarları təklif edirik. Bizim üçün hər bir qadın özəldir, fərqlidir…

Strateji baxış

Azərbaycanın geyim sektorunda aparıcı şirkətlərdən biri olmaq, seçilmiş geyim brendlərini alıcılarımıza təqdim edərək və mağaza şəbəkəmizi genişləndirərərk  xarici  bazarlara  çıxmaq

Korporativ Sosial Məsuliyyət

Cəmiyyətin bir parçası olaraq yaşadığımız cəmiyyətə fayda vermək ən təməl vəzifəmizdir!Hər bir cəmiyyətin inkişafının təməl göstəricilərindən biri təhsildir. Biz, “LADY SHARM” şirkəti olaraq bu  amilin dəstəklənməsi üçün daim əlimizdən gələni ediril. Əməkdaşlarımızın və müştərilərimizin inkişafı üçün davamlı olaraq təlimlər  və açıq seminarlar təşkil edirir. Cəmiyyətimizin inkişafı bizim də inkişafımızdır.
Bu yolla cəmiyyətə fayda veriləcəyi hesab edilərək təlimlərin keçirilməsi davam etdirilir.