İNSAN RESURSLARI

Əməkdaşlarımız

«LADY SHARM» şirkətinin 150 – yə yaxın əməkdaşı var. Şirkətin fəaliyyətində lazım olan bütün kadrlara sahib olan «LADY SHARM» öz əməkdaşlarının peşəkar hazırlığını daim diqqətdə saxlayır. Dövrü olaraq satış personalı və mağaza menecerləri satış, idarəetmə və müştəri məmnuniyyəti təlimlərinə cəlb olunurlar. Təlimlər üçün müxtəlif konsaltinq və təlim şirkətləri ilə əməkdaşlıq edilir. Həmçinin əməkdaşların şirkətə loyallığını və motivasiyasını yüksəltmək üçün müxtəlif tədbirlər planlaşdırılır və həyata keçirilir.

HR SİYASƏTİ
“LADY SHARM” MMC-nin insan resursları siyasətinin əsasını bütün əməkdaşların vahid strateji məqsəd ətrafında birləşdirilməsi və hər bir kəsin maraqlarının ədalətli təmin olunması təşkil edir.

İnsan resursları siyasətimizin təməl prinsipıəri aşağıdakılardır:

Kadr seçimində subyektivlikdən kənar (insan amilindən asılı olmayan) üsullardan istifadə etməklə ən layiqli kadrla şirkətimizi təmin etmək
Azərbaycanda böyük şirkətlər arasında potensiallı kadrlar üçün üstünlük verilən şirkətlərdən biri olmaq
Ədalətli, şəffaf və eynilik prinsiplərinə əsaslanan əmək haqqı sistemini qurmaq və bu baxımdan bir çox yerli şirkətlərə örnək olmaq
Şirkətdəki əməkdaşların performans dəyərləndirmə nəticələri əsasında karyera planlamaları aparmaq və hər bir əməkdaşa planlı karyera yüksəlişini təmin etmək
Bütün əməkdaşlarımızın səhər gülərüzlə gələ biləcəyi, yüksək motivasiyalı iş yeri olmaq